İstər sosial şəbəkələrdə, istərsə də xəbər saytlarında hər gün mobil operatorlardan narazı vətəndaşların şikayətlərini oxuyuruq. Kimi hesabından əlavə pul çıxıldığını deyir, kimi isə göstərilən xidmətdən narazılığını ifadə edir. Bir sözlə mobil operatorlar tərəfindən istehlakçı hüquqlarının pozulması halları günümüzün aktual mövzusudur. 

Bildergebnis für Bakcell nömrəVətəndaş Həsən Babayev "Bakcell abunəçisi olaraq üzləşdiyi problemi Unikal.org-a danışıb. O bildirib ki, bir il əvvəl aldığı "Bakcell nömrə hələ də adına qeydiyyata alınmayıb: "2015-ci ilin dekabr ayında Bakı Metropoliteninin Elmlər Akademiyası stansiyasının çıxışı ilə üzbəüz telefon dükanından 2 "Bakcell nömrə aldım. Şəxsiyyət vəsiqəmin surətini götürdülər. Ancaq ödədiyim pulun qəbzini və müqaviləni mənə təqdim etmədilər. Yaxın günlərdə həmin nömrələrdən birini üzərində işlətdiyim mobil telefonumu itirdim. "Bakcellin müştəri xidmətlərinə yaxınlaşıb itirdiyim nömrənin dublikatını çıxarmaq istədiyimi bildirdikdə mənə dedilər ki, nömrə heç kimin adına qeydiyyatda deyil və dublikatını çıxarmaq mümkün olmayacaq. 

Bildergebnis für Bakcell nömrə

H.Babayev qeyd edir ki, bir müddət əvvəl də "Balcell nömrə alarkən belə bir problemlə üzləşib: "Bakcellin bu cür yaramazlığı ilə birinci dəfə deyil üzləşirəm. Bir müddət əvvəl də aldığım nömrə uzun müddət adıma qeydiyyata alınmamışdı. O zaman nömrəni alarkən müqavilə təqdim etmişdilər. Bununla nömrəni adıma keçirə bildim. Başa düşə bilmirəm ki, bu şirkət nömrə satdığı dilerlərdən nömrənin kimə satıldığı barədə sənədi niyə tələb etmir. Bu qədər özbaşınalıq, məsuliyyətsizlik olar? Təsəvvür edin mənim kimi nə qədər insan var ki, nömrə alır və adına qeydiyyata alınmır. "Bakcell hansı səbəbdən bu addımı atır məlum deyil. Yəqin ki, bunu müvafiq orqanlar araşdırsa səbəbini ortaya çıxarar. Çünki, təhlükəsizlik baxımından olduqca məsuliyyətsiz bir hərəkətdir. Belə çıxır ki, hansısa terrorçu gəlib nömrə alsa, istədiyini etsə, terrorla bağlı hansısa qüvvələrə məlumat ötürsə onu tapmaq, ortaya çıxarmaq müvafiq qurumlar üçün müşkülə çevriləcək. Bu şirkət kimin və ya kimlərin maraqlarına xidmət edir bəlli deyil. Hesab edirəm ki, bununla bağlı müvafiq orqanlar ciddi tədbir görməlidir.
Bildergebnis für İlham İsmayılMilli Təhlükəsizlik Nazirliyinin istefada olan polkovnik-leytenantı, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl məsələ ilə bağlı Unikal.org-a bildirib ki, əsasnaməyə əsasən bütün nömrələr mütləq şəkildə ada qeydiyyata alınmalıdır: "Bütün mobil nömrələr mütləq şəkildə kiminsə adında qeydiyyatda olmalıdır. Yəni nömrə konkret olaraq fərdin adına rəsmiləşməlidir. Nömrənin hər hansı ada qeydiyyatsız vəziyyətdə saxlanılması təhlükəsizlik baxımından düzgün deyil. Çünki telefon informasiya ötürülməsi baxımından ən qatı cinayətkarlar tərəfindən də istifadə edilir. Belə olduğu halda həmin cinayətkarın izinə düşmək çətinlik yaradır. Əgər burada bir təhlükə olmasaydı çoxdan nömrələr ümumiyyətlə şəxsin adına qeydiyyata salınmazdı. Mobil nömrənin ada qeydiyyata alınması cinayət xarakterli danışıqların izlənməsində və yerinin təyin edilməsində əlavə problemlərin yaranmasına səbəb olmur. Əsasnaməyə əsasən qeydiyyatsız hər hansı bir nömrə qala bilməz. Bu nömrələrlə istənilən yalan xəbərləri də çatdırmaq olar. Misalçün, hər hansı bir əraziyə və ya təyyarəyə bomba qoyulması xəbəri verilə bilər. Həmin nömrənin konkret ada qeydiyyata alınmaması orqanların işini iflic edər. Düzdür, hadisə baş verən zaman həmin nömrə bilinir və o dəqiqə fəaliyyəti dayandırılır. Hər halda, hadisə bir dəfə baş verir. Hesab edirəm ki, mobil operatorlar belə boşluqlar buraxmamalı və bunun qarşısını almalıdırlar.
Bildergebnis für ələsgər məmmədliHüquqşünas Ələsgər Məmmədli hesab edir ki, ada qeydiyyata alınmayan nömrələrlə terrora çağırışla bağlı cənayət törədilə bilər: "Bu məsələdə qaydaların pozulması var. Bu operatorla diler arasındakı problemdir. Nəticə etibarı ilə istifadəçinin hüquqları pozulur. Digər tərəfdən bu nömrənin kimin adında olmasını bilmədikdə sabah cinayət törədilən zaman operator bununla bağlı ciddi problem yaşayacaq. Böyük ehtimalla nömrə dilerin adına qeydiyyata alınır. İstifadəçi də kifayət qədər problem yaşayır. Hər halda məsuliyyət diler və operatorun üzərindədir. Xüsusilə, dilerlər şəxsiyyət vəsiqəsi olmadan rəsmiləşdirmə aparan zaman gələcək məsuliyyətsizliklərə dəvətnamə çıxarmış olur. Belə nömrədən cinayət törədilən zaman birbaşa məsul şəxsi tapmaq çətin olur. Bilmirik operatorla diler arasında hansı müqavilə var və orada hansı öhdəliklər öz əksini tapıb. Real ehtimal var ki, istənilən şəxs həmin nömrə üzərindən terrora çağırışla bağlı cinayət törədə bilər və hüquq mühafizə orqanları həmin cinayətkarı tapmaqda ciddi problemlə üzləşə bilər.

Bildergebnis für bakcell müştəri xidmətləriMəsələ ilə bağlı "Bakcell şirkətinə sorğu göndərdik. Şirkətin emailindən Unikal.org-un 3 sualdan ibarət yazılı sorğusuna göndərilən cavabı olduğu kimi diqqətinizə çatıdırırıq:

-Unikal.org: "Dilerin nömrəni müqaviləsiz və heç bir sənəd olmadan satması "Bakcell"in əsasnaməsinə uyğundurmu?

-"Bakcell: "İlk olaraq onu qeyd edirik ki, "Bakcell MMC-nin göstərilən ünvanda rəsmi diler mağazası yoxdur. Əlavə olaraq məlumat üçün bildiririk ki, "Bakcell MMC-nin və onunla əməkdaşlıq edən bütün mövcud olan diler və distributorların fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 07 iyul tarixli, 131 nömrəli Qərarı ilə təsdiq edilmiş "Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan Şərtlərinə uyğun olaraq həyata keçirilir. Belə ki, qeyd edilən Şərtlərə müvafiq olaraq, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən rabitə müəssisələri (operatorlar), həmçinin onların diler və distributorları tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilənin Azərbaycan Respublikasının dövlət dilində olması və bağlanması, və həmin müqaviləyə fiziki şəxsin (hüquqi şəxs tərəfindən bağlanıldığı təqdirdə, istifadə edən fiziki şəxsin) fotoşəkillə olan şəxsiyyətini təsdiq edən sənədinin surətinin əlavə olunması təmin edilir.

-Unikal.org: "Şirkət dilerlərə nömrə verərkən onlardan nömrəni kimə satdıqları barədə sənəd tələb edirmi? Edirsə, bəs nə üçün belə problemlər yaranır və bunun məsuliyyəti kimin üzərindədir?

-"Bakcell: "Nömrə diler və yaxud distributor tərəfindən satılarkən "Bakcell-in təmin etdiyi elektron sistemə daxil edilir. Daha sonra abunəçi məlumatına əsasən abunə müqaviləsi çap edilir, abunəçi tərəfindən imza ilə təsdiqlənir. Həmin müqavilələr hazırda qüvvədə olan əməkdaşlıq müqaviləsinə əsasən 60 gün ərzində "Bakcell şirkətinə təhvil verilməlidir ("Agent müqaviləsi- 2.1.17-ci bənd, "Nömrə paketlərinin alqı-satqısına dair müqavilə -2.13-cü bənd).

-"Unikal.org": Milli təhlükəsizlik baxımından "Bakcell" şirkətinin məsul şəxsləri bu cür halları necə qiymətləndirir?

-"Bakcell: "Nəzərə alsaq ki, "Bakcell MMC-nin cari fəaliyyəti üçün əhəmiyyətli olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 07 iyul tarixli, 131 nömrəli Qərarı «Telekommunikasiya haqqında», «Əməliyyat-axtarış fəaliyyəti haqqında» və «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanunlarının müvafiq müddəalarının təmin etmək məqsədilə qəbul edilib, şirkətimiz və onun əməkdaşları ümumiyyətlə bu cür halları çox neqativ hallar kimi qəbul edir.
Əlavə olaraq qeyd etmək lazımdır ki, Bakcell nömrələrin onlayn satışına tam hazırdır və əgər müvafiq dövlət orqanları mobil operatorlardan bütün nömrələrin onlayn rejimdə satışını məcburi etsələr, nömrələr satılarkən ayrı- ayrı satış obyektlərində sənədləşmə ilə bağlı problemlər aradan qaldırılar.

Elvin Rüstəmov