Bir neçə ildir vətəndaşların barlarda aldadılması halları baş verir. Təəssüflər olsun ki, məsələ hələ də öz aktuallığını saxlamaqdadır. Qohumlarından biri bar fırıldaqçılarının qurbanı olan Emil Əmiraslanov adlı Bakı sakini sosial şəbəkələrdə bu barədə fikirlərini bölüşüb. O, barlarda vətəndaşların başlarına gətirilən oyunları ictimiayyətin diqqətinə çatdırıb. 

Image result for Ehsan Zahidov
Daha ətraflı videodan izləyin: Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, hər hansı vətəndaş alddılırsa, təzyiqə məruz qalırsa ilk növbədə ərazi polis orqanına, yaxud Daxili İşlər Nazirliyinin (DİN) 102 xidmətinə məlumat verməlidir: 

"Təəssüflər olsun, bəzən gənclər bara getdiklərini və orada aldadıldıqlarını deyirlər. Sonra da bu məsələni facebookda paylaşırlar və ya bu barədə hansısa mətbuat orqanına məlumat verirlər. Hər hansı vətəndaş alddılırsa, təzyiqə məruz qalırsa ilk növbədə ərazi polis orqanına, yaxud Daxili İşlər Nazirliyinin (DİN) 102 xidmətinə məlumat verməlidir ki, polis məsələni araşdırsın. 

 Emil Əmiraslanovun məsələsinə gəlincə DİN rəsmisi deyib ki, vətəndaş bu barədə ərazi polis şöbəsinə müraciət etsin: "Bundan sonra polis məsələni araşdıra bilər.