Dövlət qəzeti ilə nazirlik arasında anlaşılmaz durum

Bu gün "Respublika qəzetində müəllifi təhsil naziri Mikayıl Cabbarov olduğu göstərilən "Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı adlı yazı dərc edilib. Sonradan Təhsil Nazirliyi isə bəyanat yayaraq həmin yazının nazirə aid olmadığını iddia edi: "Qeyd olunan yazı təhsil naziri Mikayıl Cabbarova aid deyil və onun hazırlanması ilə bağlı "Respublika qəzetindən Təhsil Nazirliyinə heç bir müraciət olunmayıb.

Unikal.org bildirir ki, məsələ ilə bağlı BakiPost.az-ın əməkdaşı "Respublika qəzetinin baş redaktoru Teymur Əhmədovla əlaqə saxlayıb. Baş redaktor nazirliyin yaydığı məlumatın əsassız olduğunu deyib: "Məqalə bizə nazirlikdən göndərilib və bunadan şəxsən nazirin xəbəri var. İndi bunlar niyə görə belə edirlər, bilmirəm.