Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən  Unikal.org-a bildirilib ki, yoxlama zamanı avtomobilin arxa oturacağının altından və ön qanadaltı örtüklərindən gömrük nəzarətindən gizlədilən 10 min 600 ədəd "NZ Gold Compact markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.