Bakıda yanğın hadisəsi qeydə alınıb. 

Unikal.org-un  FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 1-ci mərtəbəsində quraşdırılmış elektrik şitində baş verib. Nəticədə 1 ədəd elektrik açarı yanıb. 
anğın zamanı 1 nəfər bina sakini tüstüdən yüngül zəhərlənib və Təcili Tibbi Yardım Xidməti tərəfindən ona yerində ilkin tibbi yardım göstərilib. 
Mənzillər yanğından mühafizə olunub.