Xalq artisti İlhamə Quliyevanın oğulluğu Orxan Nadirov big.az-a müsahibə verib: 
Unikal.org həmin müsahibəni oxuculara təqdim edir. 

- Orxan, İlhamə xanıma Allah rəhmət eləsin. Üzr istəyirik, mərhumun ili çıxmamış bu var-dövlət məsələlərinə görə verəcəyimiz suallara görə...

- Çox sağ olun. Ölənləriniz rəhmətlik. Buyurun, anlayıram, işinizdi.

- Bizə çatdırılan məlumata əsasən bildirilir ki, sizin bir bacınız da var. Nə dərəcədə həqiqəti əks etdirir bu xəbər ? 

- Hə, İlhamə Quliyevanın bir qızı var, iki də oğlu... Biri Afrikadadır, biri də Amerikadadır. Maraqlanın görün Obamanın yanında da qardaşım varsa, durum gedim onun yanına... (rişxəndlə-red) Bu nə söhbətdir axı?! Gülməlidir, vallah. 

- Həmin mənbənin sözlərinə görə xanımın adı Floradır və Fransada yaşayır. 

- Hə, adı Floradır, soyadı da Kərimova. Atasının adı da İsa Qənbər olmalıdır ya da ki, Əbülfəz Elçibəy. Araşdırın, dəqiq. Vallah, mən tanımıram, əgər elə qohumum varsa, gəlib yasda iştirak eləsin, tanış olaq. 

- Orxan bəs, Əli Mirəliyevin canfəşanlığına nə deyərdiniz?

- Əli Mirəliyev yaşlı adamdı, danşır da... Amma ona çox ayıb olsun ki, bu mövzu numərhumun bir cümə axşamı keçməmiş  gündəmə gətirdi. Mən yas saxlayıram, Ə. Mirəliyev var-dövlət dərdi çəkir. Obyektiv düşünün də... Bu bir az şou xarakteri daşıyır da. Amma ayıbdı, bu mövzunu şouya çevirməsin.

- Yasda da gördük ki, necə mədəni insansız. Sadəcə dəqiqləşdirmək istədik. 

- Mətbuat nümayəndələrinə çox böyük hörmətim var. Hər zaman deyirəm - nəsə olan zaman zəng edib, məndən soruşun, sonra yazın. Aramızda sonradan inciklik niyə yaransın?!

- Deyirlər İlhamə Quliyevanın bank hesabları dondurulub...

- Bir insan rəhmətə gedibsə, onun bank hesabları avtomatik dondurulur. İ. Quliyeva Azərbaycan Televiziya və Radio Açıq Səhmdar Cəmiyyətinin səsyazma studiyasının birinci müavini idi. O rəhmətə gedəndən sonra kartı bloklanıb. Bu da normal bir şeydi. Ölüyə maaş verirlər ki? Dövlətin qaydası var, qanunu var. Ölən adamın kartı dondurulmalıdır da... Maaş kartlarıdır da, başqa nə kartı var idi ki?

- Anladım. 

- Əfruzə xanım, bir sual verirəm. Mən müraciət edirəm, elə bir adam tapın ki, mən var-dövləti keçirim onun adına, həmin kəs də İlhamə Quliyevanı yenidən həyata qaytarsın. Hər kəsin canı rahatlansın. Səmimi deyirəm, bütün var-dövləti keçirirəm onun adına...

- Təbii bilirik ki, belə şey mümkün deyil.

- Elə ağız dolu var-dövlət deyirlər ki... Hər bir insanın yaşadığı mənzili olur da. Deyirlər milyonları, nə bilim brilliantları... Gülünc danışırlar. 

- Amma siz kirayə qalırdınız ?

- Düzdür, ailəmlə kirayə mənzildə yaşamışam. 

- Deyirlər ki, münasibətiniz İlhamə Quliyeva ilə yaxşı olmayıb, ona görə kirayə yaşamısınız. 

- Bekar adamların danışığına fikir verməyin. Deyirlər də...