“Bu, müvəqqəti xarakter daşıyır” – Deputat devalvasiyadan danışdı (Müsahibə)

25 Noyabr 2016 [13:55]


Azər Badamov: "Ölkəmizdə iqtisadi çətinliklərdən tez bir zamanda çıxmaq üçün ciddi islahatlara start verilib”

Milli Məclisin deputatı Azər Badamov ölkədəki mövcud sosial-iqtisasdi durumla bağlı Unikal.org-a müsahibə verib.

- Azər müəllim, hazırda hər kəsi bir məsələ düşündürür, o da ölkədə yaranan iqtisadi problemlərdir. Devalvasiya, qiymət artımı cəmiyyətdə ciddi narahatlıq yaradıb. Mövcud vəziyyəti Siz necə dəyərləndirirsiniz?

- İqtisadi çətinliklər təkcə ölkəmizlə bağlamaq istəməzdim. Çünki 2008-ci ildən bütün dünyanı iqtiasadi böhran bürüyübdür. Dünyanın inkişaf etmiş və aparıcı iqtisadiyyatq malik ölkələri də böyük iqtisadi çətrinliklərlə üzləşmişdir. Həmin ölkələrdə kütləvi işsizlik ordusu yaranmaqdadır, milli valyutaları qiymətdən düşməkdədir. Azərbaycan da dünyanın bir hissəsidir və dünya iqtisadiyyatında baş verən proseslərdən təsirsiz ötüşmək qeyri-mümkündür. Amma ölkəmizdə düzgün müəyyənləşdirilmiş iqtisadi siyasət dünya iqtisadiyyatında baş verən proseslərdən minimum təsirlərlə çıxmağa şərait yaradıb. Bunun nəticəsidir ki, 2008-ci ildən dünyada tüğyan edən iqtisadi böhranın Azərbaycana təsiri 2014 cü ilin payazından başlanıb. Düzgün qeyd edirsiniz ki, milli valyutamızın devalvasiyası və qiymət artımları müşahidə olundu. Amma, bu, müvəqqəti xarakter daşıyır. Ölkəmizin iqtisadi çətinliklərdən tez bir zamanda çıxması üçün ciddi islahatlara start verilib. Ölkədə sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində həm qanun vericilik bazasında, həm də cənab Prezdentin imzaladığı fərman və sərəncamlarla böyük addımlar atılmışdır. Hər bir iqtisadi böhrandan tez bir zamanda çıxmanın yeganə yolu sahibkarlığın inkişafına dövlət dəstəyini verməklə məhsul istehsalını və ixracını artırmaqla idxaldan asıllılığı minimuma endirməkdən ibarətdir. Ölkəmizdə bu istiqamətdə böyük layihələr icra olunur və düşünürəm ki, yaxın zamanlarda biz bunun nəticələrini görəcəyik.

- Hökumətin hazırkı durumdan çıxış üçün atdığı addımlar yetərlidirmi? Sizcə, Azərbaycan bu böhranlı dönəmdən necə çıxacaq?

- Qeyd etmək istəyirəm ki, hökumətin atdığı addımlar düşünülmüş və gələcəyə hesablanıbdır. Dünya tarixində heç vaxt daima firavan və inkişaf edən ölkə mövcud olmamışdır. Hər bir ölkənin tarixinə fikir versək görərik ki, müəyyən dövrlərdə enişli –yuxuşlu anlar olubdur. Ən əsası isə müəyyən çətinliyin operativ şəkildə qarşısının alınması tədbirlərinin həyata keçirilməsidir. Bizim ölkəmizdə mövcud iqtisadi çətinliklərlə bağlı dərhal icra etmə tədbirlərinə start verilmişdir və düşünürəm ki, yaxın gələcəkdə böyük iqtisadi inkişafa nail olacağıq. Həm də, hər bir qarşılaşdığımız çətinliyin gələcəkdə bir də qarşımıza çıxmaması üçün müəyyən addımların atılması zəruridir. Düşünürəm ki, qarşılaşdığımız bu iqtisadi çətinliklər gələcəkdə böyük inkişafımız üçün bünövrə olacaqdır.

- Son illər dünyada ərzaq təhlükəsizliyinin təminatı məsələsi prioritet sayılır və ciddi problem kimi qəbul edilir. Azərbaycanda bu sahədə görülən işləri qənaətbəxş hesab etmək olarmı?

- Düzgün qeyd edirsiniz ki, dünyada ərzaq təhlükəsizliyinin təminatı problemi aktuallaşmışdır. Çünki, dünya əhalisinin demokrafik artımı yüksəkdir. Əgər planetimizdə 1960–cı ildə 3 milyard adam yaşayırdısa, 2016 –cı ildə dünya əhalisinin sayı 7.3 milyard nəfərə çatmışdır. Yer kürrəsinin əhalisinin belə sürətlə artması onların ərzaqla təhlükəsiz təminatında problemlər yaratmaqdadır. Dünyada bir çox ölkələr var ki, aclıqdan əziyyət çəkirlər. Elə ölkələr də mövcuddur ki, içməli su çatışmır. Belə rəngarəng dünyada ölkəmizin ərzaqla təhlükəsiz təminatı ölkə başçımızı illər əvvəl narahat etmiş və çox düzgün olaraq iqtisadiyyatımızın neft sektorundan asılılığını aradan qaldırmaq və qeyri- neft sektorunun inkişaf etdirilməsi ən aktual məsələ kimi gündəmə gətirilmişdir. Bununla əlaqədar ölkəmizdə iqtisadi islahatlara start verilmişdir. Nəticəsi olaraq qeyd etmək istəyirəm ki, təkcə bu ilin 9 ayında qeyri-neft sənayemiz 3,6% artmışdır . Kənd təsərrüfatımızda 2,4 % artıma nail olmaqla ölkə əhalisinin ərzaq məhsullarına olan təlabatının 80% məhz daxili istehsalla təmin edə bilirik. Dövlətimizin təsdiq etdiyi 2020 gələcəyə baxış iqtisadi inkişaf konsepisyası mövcuddur. Düşünürəm ki, qarşıya qoyulan proqramlar icra olunandan sonra Azərbaycan ölkədə ərzaq təhlükəsizliyini tam təmin etməklə xarici bazarlara da kifayət qədər məhsul ixrac edən ölkəyə çevriləcəkdir.

- Deputat kimi hansı qanunvericilik təşəbbüsünüz olub? Gündəlikdəki məsələlərdən başqa seçicilərinizin problemlərini parlament tribunasından səsləndirirsinizmi, yaxud səsləndirəndə nəticə olurmu?

- Təmsil olunduğum Regional məsələlər komitəsində müzakirə olunmuş bir neçə məsələnin Milli Məclisin plenar iclaslarında təqdimatını həyata keçirmişəm və Milli Məclisin iclaslarında cari və gündəlikdə duran məsələlərlə bağlı mütəmadi çıxışlarımız olur. Həm də regiondan seçilmiş deputat olaraq seçicilərlə görüşlərimiz zamanı onları narahat edən və həll olunması vacib bir sıra məsələlərin parlament tribunasından səslənsdirmişəm. Bu, rayonda kənd arası yolların tikintisi, içməli su probleminin həlli, təbii qaz xətlərin çəkilişi və.s. məsələlərlə bağlı olmuşdur. Cənab Prezidentə minnətdaram ki, bütün regionlarda böyük infrastruktur layihələrin icrasını həyata keçirilməsinə tapşırıqlar verib və tərəfimizdən gündəliyə çıxarılan məsələlərə də hökumət üzvüləri tərəfindən diqqətlə yanaşılır və icra olunur. Nəticəsi göz qabağındadır və ümumilikdə hamımızın qürur duyduğu inkişaf etmiş, müasir, Yəni Azərbaycan qura bilmişik.

- Artıq xeyli müddətdir ki, Milli Məclisdə təmsil olunursunuz. Millət vəkili kimi seçicilərinizin etimadını doğrultmuş hesab olunursunuz, yoxsa hələ də çatışmazlıqlar var?

- Millət vəkilinin fəaliyyətinə ən yaxşı dəyəri onun seçiciləri verməlidir. Nə səviyyədə seçicilərimin etimadını doğrulduğumu da seçicilərimdən soruşsanız daha obyektiv olardı. Amma qeyd etmək istəyirəm ki, altı ildir parlamentdə təmsil olunuram. İkinci dəfə Milli Məclisə seçiləndə seçicilərimin fəallığını və yüksək şəkildə mənə dəstək verdiklərini gördüm. Bunun özü-özlüyündə bir nəticə çıxarmağa imkan verir və seçicilərimə təşəkkürümü bildirirəm. Ölkənin parlamentində təmsil olunmaq şərəfli və məsuliyyətli bir işdir. Bu statusu mənə verən YAP-ın etimadı və seçicimin dəstəyidir. Ona görə həmişə çalışmışam ki, seçicimin yanında, onlara əlçatan olum, seçicimi narahat edən məsələlərin öz şəxsi məsələm kimi qəbul edim.

Elvin Rüstəmov







SON XƏBƏRLƏR davamı
2017-04-24




SORĞU
Topdansatış bazarlarının fəaliyyətini necə qiymətləndirirsiniz?

Çox pis (29.4%)
Pis (25.63%)
Qənaətbəxş (16.39%)
Yaxşı (15.55%)
Əla (13.03%)


TƏQVİM