Dünyanın bu ordusu  insanların marağına səbəb olub.Təəccübləndirici məqam isə bu orduda qadın və kişi hərbi qulluqçuların  kazarmanın eyni otağında gecələməsidir. 

Unikal.org xəbər verir ki, kazarmanın birgə gecələmək üçün  olan otaqlarında 4 nəfəri kişi olmaqla  6 nəfər qalır ki, onlardan da 2 nəfəri qadındır.

Orduda xidmət edən qadınlar kişi hərbi qulluqçular kimi geyinir, lazımi tapşırıqları yerinə yetirir, təlimlərdə sürünür və daim  üzərlərində silah daşıyırlar.
Ancaq qadın əsgərlərə saçlarını qısa kəsdirməkləri ilə bağlı heç bir qadağa qoyulmur və vegeterian menyu seçmə imkanı da verilir.

Norveçli qadın əsgərlər orduda qulluq etməkdən məmnun olduqlarını ifadə edir, bu həyatın döyüş ruhunu yüksəltdiyi fikrində olduqlarını deyirlər.