Braziliyanın "Şapokeonse" klubunun Kolumbiyada baş verən təyyarə qəzasında ölən üzvü Filipe Maçado son mənzilə yola salınıb.

Unikal.org-un məlumatınma görə, mərhumla vida mərasimi "Qremio Arena"da keçirilib.

Vida mərasimində azarkeşlər, mərhumun ailəsi, yaxınları və onu sevənlər iştirak edib. Onlar stadiona "84" nömrəli futbolka ilə gəlib. Bu isə Maçadonun 1984-cü ildə anadan olması ilə əlaqədardır.