Azərbaycanın "Qarabağ" və "Qəbələ" klublarının futbol üzrə Avropa Liqasının qrup mərhələsindəki son tur oyunlarına bütün təyinatlar açıqlanıb.

Unikal.org report-a istinadən xəbər verir ki, oyunlar xorvatiyalı və uelsli hakimlərə həvalə olunub.
Bakıda "Qarabağ" və İtaliya "Fiorentina"sı arasındakı görüşdə İvan Bebek iş başında olacaq. Almaniyada keçiriləcək "Maynts" - "Qəbələ" oyununu isə Simon Li Evans idarə edəcək.
8 dekabr
Avropa Liqası, qrup mərhələsi, VI tur
20:00. "Qarabağ" (Azərbaycan) - "Fiorentina" (İtaliya)
Baş hakim: İvan Bebek
Yan xətt hakimləri: Tomislav Petroviç, Miro Qrgiç
Əlavə köməkçi hakimlər: Ante Vuçemiloviç-Şimunoviç, Qoran Qabrilo
Dördüncü hakim: Qoran Pataki (hamısı Xorvatiya)
Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)
UEFA nümayəndəsi: Mixael Zoratti (Avstriya)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

22:00. "Maynts" (Almaniya) - "Qəbələ" (Azərbaycan)
Baş hakim: Simon Li Evans
Yan xətt hakimləri: Qaret Vin Cons, Lüiss Ross Edvards
Əlavə köməkçi hakimlər: Nik Prett, Brin Marxam-Cons
Dördüncü hakim: Daniel Bekkett (hamısı Uels)
Hakim-inspektor: Are Habiçt (Estoniya)
UEFA nümayəndəsi: İmon Nafton (İrlandiya)
Maynts. "Maynts Arena"