Donbalan bitgisi haqqında yəqin ki, eşitmisiniz. Bu bitgi çox nadir bitkilərdən sayılır. Torpaqda toxumsuz və yarpaqsız əmələ gəlir. Əsasən yaz yağışlarından sonra qumlu torpaqlarda yetişir.

Torpaq bir az şişmiş halda olur, o halda bilirnir ki, orada bitki var .

Çox faydalı, bahalı və dəyərli bitkilərdən hesab olunur. Dadlı qovurması, qizartması olur . Naxçıvanda bitən bu göbələk bazarda 1-2 manata satılır.

Avropada isə kürüdən sonra, qiymətinə görə ikinci yerdədir. Kilosu 2000 avro dəyərindədir. Bahalı restoranlarda desert kimi verilir və gözəl ətri olduğundan yeməklərə qarışdırılır.

FAYDALARI:
Kişilərdə cinsi gücü artırır;
Qanda şəkəri aşağı salır;
Bədəni qüvvətləndirir;
Xolesterini aşağı salır;
Peyğəmbərimiz Məhəmməd S.A.S. buyurmuşdur ki, Dombalan Musa peyğəmbərə (əlehissalama) cənnətdən hədiyyə kimi göndərilmiş, qüdrət halvası cinsindəndir.
Suyu göz xəstəliklərinə şəfadır.

Dombalan göbələynin bişirilmə qaydası
Ərzaqlar:
2-3 ədəd dombalan göbələyi
1 ədəd quru soğan
2 qaşıq kərə yağı
2-3 ədəd yumurta
duz, istiot
istəyə bağlı keşniş şüyüt.
Hazırlanma qaydası.
Əvvəlcə quru soğanı doğruyub qızardırıq.Göbələyin qabığnı soyub, nazik-nazik doğrayub, soğanın üzərinə əlavə edirik.Göbələk yumşalana qədər qovruruq, sonra yumurta və göyərti əlavə olunur, duz- istiotu da unutmayaq.