Bu ev dünyanın dağılacağı təqdirdə belə öz sakinlərini sağ qoruya biləcək.

Unikal.org-un məlumatına görə, Polşada memarlar tərəfindən tikilən "The Safe House (Güvənli ev) adlandırılan bu evə bir ordu belə girə bilməyəcək. İstənilən zaman dəmir divarlarla örtülən evə zombilərin girişi belə mümkün deyil. Polad divarlarla əhatə olunmuş ətrafı 3 metr, hündürlüyü isə 21 metr olan evin öz divarları da poladdandır. Ev gecələr tamamilə səssiz və qaranlıq olur. Külək enerjisindən istifadə edilən evdə külli miqdarda ərzaq saxlamaq olar.