"Mançester Yunayted"in hücumçusu Zlatan İbrahimoviç komandanın Premyer Liqada son nəticələrinə münasibət bildirib. 

Unikal.org goal.az-a istinadən xəbər verir ki, ulduz futbolçu bunları deyib:

""Everton"la oyunda (1:1) mən qol vurdum, amma komanda 1 xal qazandı. Mən qol vurmaqdansa, "Yunayted"in qələbə qazanmasına üstünlük verirəm. 3 xalı qazanmaq üçün daha çox çalışmaq lazımdır. Premyer Liqanın son oyunlarında yaxşı performans göstərsək də, qalib gələ bilmirik".