Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org-un APA-ya istinadən xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E. Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs Bakıda uşaq oğurlayaraq, onu azadlığa buraxmağın müqabilində valideynlərindən 30 min manat pul tələb edib.