Cənubi Koreya prezidenti Pak Kın He gələn ilin aprelində istefaya getməyə və iyun ayında prezident seçkiləri təyin etməyə razıdır.

Unikal.org xəbər verir ki, xanım prezident hakim partiyanın rəhbərliyi ilə görüşündə bildirib ki, əgər ona impiçment elan olunacaqsa o, dövlətin və xalqın mənafeyinin qorunması üçün fəaliyyət göstərəcək.

Qeyd edək ki, ölkənin müxalifət partiyaları cümə günü 9 parlamentdə keçiriləcək səsvermədə prezidentin vəzifədən kənarlaşdırılması barədə məsələ qaldırmaq niyyətindədirlər. İmpiçmentin müsbət həlli üçün 300 deputatdan 200-nün səsi lazımdır. Parlamentdə isə müxalifətin yalnız 172 yeri var. Beləliklə, hakim partiyanın üzvlərinin 28 səsi həlledici olacaq.