Britaniyalı aktyor, "Taxt-tac oyunları serialının məşhur siması Piter Von 93 yaşında vəfat etdi.

Unikal.org BBC-yə istinadən xəbər verir ki, məşhur aktyor bu gün səhər saatlarında dünyasını dəyişib.

Piter Von aktyor karyerasına 1950-ci illərdən başlayıb. Əsasən, polis, məxfi agent obrazlarını canlandırıb.

"Game of Thrones yəni "Taxt-tac oyunları serialında Qara qəsrin meysteri Eymon Tarqarien obrazını canlandırıb.