İsrailin Təl-Əviv şəhərinin mərkəzində ölkənin baş naziri Benyamin Netanyahunun qızıl suyuna salınmış heykəli ucaldılıb.

Unikal.org-un "RİA-Novosti agentliyinə istinadən xəbər verir ki, İsrail heykəltəraşı İtaya Zalaita öz addımını ifadə azadlığının sərhədlərini yoxlamaq arzusu ilə izah edib.

"Əsas məqsəd 2016-cı ildə ifadə azadlığının sərhədlərini sınaqdan keçirməkdir. Mən heykəli qoyandan sonra nə olacaq? Sanksiyalar və həbs olacaqmı? Yaxud da sadəcə olaraq heykəli götürəcəklər? - deyə heykəltəraş bildirib.

İtaya Zalaita 4,5 metr hündürlüyü olan monumentin üzərində üç ay işləyib.

Təl-Əviv hakimiyyəti isə heykəlin sökülməsi barədə tapşırıq verib.

Netanyahunun qızıldan heykəli ucaldıldı -