İsveç korporasiyası "IKEAnın Böyük Britaniyadakı filialında 5 ildən çox fəaliyyət göstərmiş hər bir əməkdaş maaşından və statusundan asılı olmayaraq Yeni İldə bonus kimi min dollar əldə edəcək.

Unikal.org xəbər verir ki, şirkət müvafiq məbləği işçilərin pensiya hesablarına köçürəcək. Bu barədə "The Telegraph qəzeti yazıb.

Nəşr qeyd edir ki, IKEA işçilərə əmək səviyyəsindən də artıq pul ödəyən ilk pərakəndə korporasiyadır. Belə ki, Londondakı işçi heyəti hər saata görə minimum 8, 75 dollar, İngiltərədəkilər isə 6,75 dollar qazanırlar.