"Qardaşım Rafael Abbasovun Eldar Mahmudovun bandası tərəfindən oğurlanaraq işgəncələrə məruz qalması barədə yayılan xəbərlər cəfəngiyatdır.

Unikal.org xəbər verir ki, bu sözləri keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasov Modern.az saytına açıqlamasında deyib: "O vaxtlar "Montin tərəflərdə bir evimiz vardı. Orada yaşayırdıq. Qardaşım Rafael Abbasov bir dəfə ya tranmaya minəndə, ya da düşəndə -dəqiq yadımda deyil - ayağından zədə almışdı. Həmin vaxt həkimə də aparmışdıq. Bu hadisədən sonra Rafael Abbasov düz 11 il yaşayıb. 2005-ci ildə 51 yaşında vəfat edib. Vəfat edəndə də elə ciddi xəstəliyi olmayıb.

Keçmiş nazir deyib ki, bu iddianı irəli sürən Ramin Nağıyev də o zamankı MTN-də olan çoxsaylı əməkdaşlardan biri olub. "Onu da tanımışam. Amma bu cür həqiqəti əks etdirməyən informasiyaların hansı səbəbə görə yayılması çox maraqlıdır. Həmçinin, qardaşımın tikinti biznesi ilə məşğul olması, "Qanlıgölün ətrafında çoxsaylı binalar inşa etməsi də yalandır. Ola bilsin ki, bu cür xəbərlərin ildırım sürətilə mətbuatda yayılması bir təxribatdır-Namiq Abbasov bildirib.