Bakıda 66 yaşlı qadını mikroavtobus vuraraq öldürüb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1950-ci il təvəllüdlü Abidinova Xumar Fərrux qızı yol kənarı ilə hərəkət edən zaman onu "Mercedes" markalı, "Vito" modelli mikroavtobus vurub. X.Abidinova hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.