Bakıda yeni doğulmuş uşaq xəstəxanada ölüb.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, N. Yusifbəyli küçəsində yerləşən Bakı Sağlamlıq Mərkəzində 9 gün əvvəl dünyaya gələn körpə dünyasını dəyişib. Ölümün səbəbləri hələlik məlum deyil.

Baş vermiş hadisə ilə Nərimanov rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.