Biz barəsində heç nə bilmədiyimiz dövlətlərdəki rejimləri devirmək cəhdini dayandırmalıyıq.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Şimali Korolina ştatının Feyetvill şəhərindəki çıxışında bildirib.

"Bizim belə dövlətlərdə nə işimiz var? Tanımadığımız dövlətlərdəki rejimləri devirməyin yerinə biz İŞİD-i və başqa terrorçu qruplaşmaları məhv etməliyik. Bu hədəfi bizimlə bölüşən istənilən dövlət bizim tərəfdaşımızdır", - deyə o, vurğulayıb.

D.Tramp qeyd edib ki, dağıdıcı müdaxilə və xaosa nəhayət son qoyulmalıdır.