Türkiyənin iki məşhur sənətçisi Bülənt Ərsoyla Emel Sayın bir-birinin ünvanına ağır ittihamlar səsləndiriblər.

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, Eməl Sayın konsert verən zaman bir pərəstişkarı ona "həqiqi primadonna" söyləyib. Bunu eşidən məşhur sənətçi gülərək "Aa saxta primadonna da var?" - deyərək bildirib. Emel Sayın sonra "Zarafat etdim, mənə hirslənməyin" desə də, onun saxta primadonna sözləri Bülənt Ərsoyu qəzəbləndirib.

Bülənt Ərsoy bu hadisəyə "Bir insanın danışılmağa sözü olmayanda kiminsə ya kürəyindən, ya da çiynindən vurar, - deyərək reaksiya verib.

Daha sonra verilişlərdən birinin canlı yayımına bağlanan B.Ərsoy gözlənilməz açıqlama verib.

"Emel xanımın əli, üzü gözəldir. Ancaq bu işlər əl, ayaqla olmur. Çox kübar, zərif görüntülərin altında nələr ola biləcəyini bilirəm... 80-ci illərdə bir məkanda konsertə çıxacaqdıq. Lakin çıxışıma az qalmış bir məsələ ilə bağlı prokurorluğa çağırıldım. Emel Sayından: "Bülent xanımın yerinə çıxarsınızmı", - deyə xahiş ediblər. O da qəbul edib. Tamaşaçıların qarşısına çıxanda onlar: "Bülent xanım niyə yoxdur", - deyə soruşublar. Emel də: "Onun prokurorluqda işi var idi, gələ bilmədi. İndi həqiqi bir qadın dinləyəcəksiniz", - deyib. Bu hadisəni 30 il sonra ilk dəfə açıqlayıram. İnsanları beldən aşağıları ilə müzakirə etmək olmaz".

Yeni layihələri haqda da danışan sənətçi Tarkandan mahnı aldığını açıqlayıb: 

"Sağ olsun, yeni bir əsər hazırlayıb. Çox sevdim, çox bəyəndim. Onu təqdim etməyə hazırlaşıram".