ABŞ-da daha bir məktəbdə müəllim və şagird arasında skandal yaşanıb.

Unikal.org xəbər verir ki, Amerikanın Texas əyalətində 23 yaşındakı qadın müəllimə 16 yaşındakı şagirdinə "SnapChat" üzərindən erotik məzmunlu söhbətə dəvət edib. Hər şey bundan sonra başlayıb. Belə ki, 23 yaşındakı müəllimə nişanlı olmasına baxmayaraq, 16 yaşındakı şagirdiylə müxtəlif yerlərdə görüşərək cinsi əlaqəyə girib. Bundan xəbər tutan məktəb rəhbərliyi müəlliməni dərhal təhsil sistemindən uzaqlaşdırıblar. Sübuta yetirilən hadisədən sonra müəllimə həbs edilib.

Daha sonra 100 min dollar girov pul qoyaraq sərbəst buraxılan müəllimə elektron qandalla sərbəst buraxılıb. Onun bütün ictimai media hesabları da dondurulub.

Qeyd edək ki, müəllimə 16 yaşlı şagirdi ilə parkda, futbol meydançasının həyətində və nişanlısının evində cinsi əlaqədə olduğu öyrənilib.

Müəllimə izahatında nişanlısını sevmədiyi üçün bu yola əl atdığını bildirib və yaxın vaxtlarda onundan ayrılacağını bəyan edib.