Ötən gün "5/5 verilişinin qonağı müğənni Mətanət Əsədova olub.

Unikal.org-un məlumatına görə, ifaçı mahnı səsləndirdikdən sonra rəqs etməyə başlayıb. Aparıcı Zaur Kamal müğənniyə "Bir dənə də "most get  görüm deyib.

Aparıcının sözlərinə əsəbiləşən M.Əsədova isə cavabında belə deyib:

"Mostu saxla sənin özünü aparacam ora. Qardaş kanallarda müğənni sevdiyi aparıcının verilişində o qədər ürəklə hərəkət edir ki, deyib-gülür, rəqs edir. Orada demirlər "most get. Səni başıma alıb, fırladıb elə yerə ataram ki, bir də görərsən Gürcüstandasan.

Aparıcı isə belə cavab verib:

"Deyəsən bu studiyanın havasındandır bura gələn hamının ürəyi açılır. Onun mikrafonunun səsini bağlayın. Bura gələn hamının ürəyi açılır. Oxuya bilməyən də oxuyur. Mətanəti bu gün çox ürəkli gördüm.