Qışda çılpaq gəzən qadın - FOTO

07 Dekabr 2016 [19:59]


Bu qadın 10 ildir qışda küçələrdə yay geyimində gəzir.

Unikal.org xəbər verir ki,Rusiyanın Tolyatti şəhərinin sakini Qalina Kutereva bunu şəfa tapmaq üçün edir. O, bütün qışı yay geyimində və yüngül ayaqqabıda gəzir.

Əvvəllər uşaq bağçasında tərbiyəçi işləyən Qalina indi isə təqaüddədir. Tez-tez küçədə ona paltar verən və maşınına minməyi təklif edənlər olur. Lakin Qalina bu təklifləri rədd edir və qarlı havada yay geyimi ilə "Şaxtalı terapiya"sı etdiyini deyir. Bu üsulu o uzunömürlülər məktəbində öyrənib.

"Qar gəlini” adlandırılan Qalina əmindir ki, mənfi 30 dərəcədə ayaqyalın və şortla gəzmək soyuq deyil. Əsas odur ki, insanın əhvalı yüksək olsun. Qalinanın bu terapiyasına həyat yoldaşı və qızı da qoşulub.

Qalina bildirib ki, o qışda soyuq, yayda isti hiss etmir: "Yağışı sevirəm, mənə istirahət lazım deyil. Əlbəttə, həmişə belə olmayıb, mən cənubda doğulmuşam, istini sevmişəm. Hətta şaxtaya qarşı allergiyam var idi. Ağır xəstəliklər keçirdim, sonradan isə məndə immunitet yarandı”.

Psixoloqlar və fizioterapevtlər bildirirlər ki,insan bədəni uzun müddət soyuğa qarşı reaksiyasız qala bilməz. "Qar gəlinin” isə hərəkətləri hansısa anomaliyanın nəticəsidir. Bu güc-tez özünü büruzə verəcək. Düzdür, bu cür yaşamaq həm də iradınin göstəricisidir. Lakin ekspertlərin fikrincə, Qalina hələ ki, bədəninin ehtiyat enerjisindən istifadə edir. Lakin bu enerji birdən tükənəcək. Onun orqanizminin buna necə dözəcəyini isə proqnozlaşdırmaq olmur.











SON XƏBƏRLƏR davamı
2017-09-19










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (12.5%)
Xeyir (87.5%)


TƏQVİM