Alman modeli Simon Qaçın başına faciəvi hadisə gəlib.

Unikal.org-un  məlumatına görə, Anlantik okeanında üzməyə gedən model az qala köpəkbalığına yem olacaqdı. Belə ki, okeanda üzdüyü zaman onun arxasında üzünluğu 5 metr olan köpəkbalığı olub. 34 yaşlı Simona bu barədə sahildə olan insanlar məlumat verib.

"Mənə sahildəkilər arxamda köpəkbalığının olduğunu dedilər. Həyacandan sahilə qədər necə üzdüm, heç bilmirəm. Bəxtim gətirdi, sadəcə. Bundan sonra bir müddət çətin ki, suya girərəm", - deyə Qaç vurğulayıb.