Tanımış idman ustası, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun cinayət işində zərərçəkmiş şəxsin kimliyinin məlum olması ilə bağlı xəbər vermişdik. 

Lent.az iş üzrə zərərçəkmiş şəxsin sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədov olması barədə məlumat yayıb. 

Sabiq deputat Unikal.org-a açıqlamasında bildirib ki, məsələdən xəbərsizdir: "Elnur prokurordur, məhkəmədir, nədir? Kimsə cinayət törədirsə, bu məsələ ilə aidiyyati dövlət orqanı məşğul olur. Elnurun məsələsindən xəbərsizəm. Bu barədə heç nə bilmirəm. Hazırda danışmaq imkanım yoxdur".