Türkiyədə yenə təcavüz faktı qeydə alınıb.

Unikal.org bildirir ki, bu dəfə təcavüzün qurbanı 11 yaşlı C.D. olub. Onun təcavüzə uğradığı qarın ağrısı ilə xəstəxanaya aparılarkən məlum olub. Həkimlər azyaşlı qızın hamilə olduğunu gördükdə polisə məlumat veriblər. Polis araşdırma aparıb. Qızın ifadəsi alınıb.

Şəxsiyyət vəsiqəsində onun 11 yaşı olduğu qeyd edilsə də, qız polislərə 15 yaşı olduğunu söyləyib. O bildirib ki, ona kimin təcavüz etdiyini xatırlamır.

"Tarladan evə gələndə yoldan keçən orta yaşlı kişi mənə meyvə suyu təklif etdi. İçəndən sonra nə baş verdiyini xatırlamıram. Özümdən getmişəm. Ayılanda gördüm ki, pijamam cırılıb, alt paltarım çıxarılıb. Qanaxmam var idi deyə qorxub heç kimə deməmişdim. Həmin adamdan şikayətçiyəm".milli.az