Boliviyada avtobusun dərəyə aşması nəticəsində azı 13 nəfər ölüb.

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, Çilinin İkike şəhərindən Boliviyanın Koçabamba şəhərinə gedən avtobus ötmə manevri zamanı idarəetməni itirərək dərəyə yuvarlanıb.

Qəzanın səbəbləri araşdırılır. Ölənlərin sayının artacağı istisna olunmur.