Çində, təxminən bir il əvvəl bir yol qəzası səbəbiylə qulağını itirən adamın qoluna süni qulaq yerləşdirilib.

Unikal.org Euronews-a istinadən xəbər verir ki, soyadı Ci olaraq açıqlanan şəxsin qabırğalarından götürülən qığırdaq hissələri, Sian Ciaotonq Universitetinin xəstəxanasının plastik cərrahlarından professor Quo Şujonqun keçirdiyi əməliyyatla xəstənin qoluna yerləşdirilib.

Bununla da dörd ay ərzində qulağın inkişafı tamamlanıb, Cinin itirdiyi sağ qulağının yerinə əməliyyatla nəql edilməsi nəzərdə tutulur.