Kanadada internet televiziyalarından birində aparıcılar efirə çılpaq çıxırlar.

Unikal.org-un xarici mətbuata istinadən məlumatına görə, aparıcılar xəbər aparmaqla bərabər küçədə reportajlar da edirlər. Kanala mövzularla bağlı qonaqlar da dəvət olunur.

"Saxlayacaq heç bir şeyi olmayacaq proqram" sloqanı ilə yayımlanan televiziya həftədə 6 gün, 25 dəqiqə göstərir. Kanalın 8 aparıcısı var. İnternet televiziyası 1999-cu ildən fəaliyyət göstərir.

Televiziyanın proqramlarına baxmaq üçün xüsusi qeydiyyat lazımdır.

Qeyd edək ki, bu günə qədər televiziyanı 6 milyon tamaşaçı izləyib.

Bu kanalda aparıcılar efirə lüt çıxırlar - foto