Türkiyənin Beyaz TV kanalında yayımlan "Hayatta her şey var" verilişində daha bir biabırçılıq yaşanıb.

Unikal.org bildirir ki, canlı yayıma telefonla bağlanan və adını açıqlamayan bir xanım etirafı ilə hər kəsi təccübləndirdi.
"Atam 6-7 il əvvəl anamı mənim ən yaxın rəfiqəmlə aldatdı. Atamı rəfiqəmlə cinsi əlaqədə olarkən yaxaladım. Psixoloji olaraq bu olay məni çox ağratdı. Aralarında 20 yaş fərq var. Mən atamla rəfiqəm arasında baş verən olayı anama dedim. Bundan sonra çox çətin günlər yaşadıq."