Gəncədə 28 yaşlı qadın intihara cəhd edib.

Unikal.org-un report-a  istinadən məlumatına görə, şəhərin Gülüstan qəsəbəsində yaşayan 1988-ci il təvəllüdlü Rzayeva Xəyalə Firuddin qızı həyat yoldaşı ilə mübahisə edib.

O, əsəbi halda öz canına qıymaq məqsədi ilə müxtəlif dərmanları qəbul edib. Zəhərlənmiş qadın yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Xəyalə Rzayevaya dərhal həkimlər tərəfindən tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.