Bu ölkədə kişi gəlin gedir, qadın onu döyə və qova bilər - FOTOLAR

19 Dekabr 2016 [11:21]


Dünyanın ən fərqli mədəniyyətlərindən birinə sahib olan İndoneziya və bu ölkəyə aid Sumatra adasının əhalisi qeyri-adi həyat tərzi ilə diqqət çəkir.

Unikal.org xəbər verir ki, dünyanın ən böyük altıncı adası olan Sumatra xalqı ənənələri, inancları, evlilikləri ilə fərqlənir.

İndoneziyanın Qərbi Sumatra adasında yaşayan 4,5 milyon əhalisi olan Minangkabau xalqında qadınlar böyük qüvvədir və evdə əsas söz sahibi xanımlar sayılır.

Burada evlər , torpaq, mülk qadınlara aiddir və kişi evləndikdən sonra arvadının evinə gəlin köçür.
Evlənən kişilər, qız evinə gedir, qadının soyadını götürür. Əgər kişi küçəyə atılarsa onlar üçün 'sığınma mərkəzləri' tikilir.

Bu ölkədə insanlar islam dininə sitayiş edir. Aişə Böhürler adlı qadın İndoneziyanın Sumatra adasında kişilər qadın təzyiqlərinə məruz qaldığlarını deyir. Burada digər ölkələrdən fərqli olaraq kişilərin hüquqları daha çox pozulur.

İndoneziyanın, 250 milyon əhalisiylə dünyanın ən böyük İslam ölkəsi olduğunu xatırladan, Sumatrada kişilərin hər vəzifə daşımasına icazə verilmədiyini deyən Böhürler bildirib ki, qadınlar hər yerdə və hər vəzifədə olurlar.

Bir sözlə bu bölgədə qadın kişiyə hakim olur.




















SON XƏBƏRLƏR davamı
2017-02-23
2017-02-22




SORĞU
Topdansatış bazarlarının fəaliyyətini necə qiymətləndirirsiniz?

Çox pis (22.86%)
Pis (27.62%)
Qənaətbəxş (17.62%)
Yaxşı (17.14%)
Əla (14.76%)


TƏQVİM