Qorxu və göz yaşları- FOTOLAR

19 Dekabr 2016 [12:15]


"Reuters”in versiyasına görə, ilin əsas fotoları. İlin sonunda informasiya agentlikləri oxuculara fotoqraflarının ən yaxşı fotolarını təqdim edirlər. Bu fotolar heç də həmişə bədiiliyi ilə seçilmirlər, onların əsas dəyəri tarixi xatırlatmaq və ya diqqəti yönəltməkdir.

Unikal.org ən yaddaqalan fotoların toplusunu təqdim edir.

ABŞ prezidenti Barak Obama Argentinada rəsmi tədbir zamanı peşəkar rəqqasə ilə tanqo oynayıb. 23 mart.

Afinada etiraz aksiyaları zamanı yunan fermerlərinin pulsuz payladıqları narıncı bağlamasını onların əlindən alan yaşlı kişi. 27 yanvar.

ABŞ prezidentliyinə namizəd Hillari Klintonun tərəfdaşları Ayovada onun seçkiqabağı çıxışını dinləmək üçün toplaşıblar. 4 yanvar.

Fermer Parisdə Beynəlxalq kənd təsərrüfatı sərgisində yuxuya gedib. 29 fevral.

Qadın, İstanbulda Fatih məscidi yaxınlığında polis avtobusuna hücum zamanı ölən polislə vida mərasimində qarovulçunun göz yaşlarını silir. 8 iyun.

Yeniyetmələr köhnə avtomobilin yardımı ilə irəliləyirlər. 19 mart.

Biznesmen Tokioda albalı çiçəklərini seyr edir. 1 aprel.

Keniyalı polislər Nayrobidə etiraz aksiyası keçirən tələbələrə hücum ediblər. 16 may.

Hindistanın Əhmədabad şəhərində ana işə gedərkən qızını qapının ağzındakı daşa bağlayır. Onun sözlərinə görə, qız ağlayır, amma uşağını yanında qoyacağı heç kimi yoxdu. Qızcığazın atası və anası bütün günü 250 rupi qarşılığında tikintidə çalışırlar. 19 aprel.

Məşqçi məktəblərarası idman yarışlarında iştirak edəcək gənc idmançını sakitləşdirir. 4 may 2016.

Suriyalı qadın Latakiyada sərhədi keçmək üçün icazə gözləyir. 7 fevral.

Ukraynanın "Azov” batalyonunun fəalları Şərqi Ukraynada seçkilərə qarşı etiraz edərkən. Kiyev, 20 may.

HindistandaMumbayda sahildə qağayıları yelləyən kişi. 9 fevral.

İsrail hərbçiləri Ben Şemen meşəsində axtarış-xilasetmə təlimlərində. 23 may.

ABŞ HDQ dənizçiləri Nyu-Yorkda donanma həftəsində Tayms-skverdə. 25 may.

Minlərlə adam boksçu Məhəmməd Əli ilə vidalaşmağa gəlib.

Tereza Mey Böyük Britaniya kraliçası II Yelizavettanın qəbulunda. 13 iyul.

Nitsada terror aktının qurbanı. 14 iyul.

Paralimpiya çempionu Oskar Pistorius məhkəmə iclası zamanı protezlərini çıxarıb. İyul ayında Pretoriya məhkəməsi onu rəfiqəsini öldürdüyü üçün altı il azadlıqdan məhrumetmə cəzasına dair hökm çıxarıb.

General Yermolov adına Kadet məktəbinin müdavimi Stavropolda paraşütlə tullanır. 13 may.

Demokratlar Barak Obama və Hillari Klinton Filadelfiyada Demokratik Milli Konvensiyada çıxışın sonunda. 27 iyul.

Roma Papası Osvensimdə. Şəkil katolik liderinin düşərgənin "Əmək azad edir” yazılan lövhənin asıldığı qapısından keçərkən çəkilib.

Hillari Klintonun mühafizəçiləri demokratın Ayovada çıxışı zamanı səhnəyə çıxmağa çalışan insanın qarşısını alıb. 10 avqust.

ABŞ HHQ Akademiyasında məzun günü. 2 iyun.

Britaniyanın baş naziri Devid Kemeron ölkənin Avropa İttifaqından çıxmasındaniki gün öncə. 21 iyun.

Devid Bouinin pərəstişkarı, onun xatirəsini yad etməyə gəlib. Musiqiçi yanvarın 10-da qaraciyər xərçəngindən ölüb. Onun 69 yaşı var idi.

Qvardiyaçı Londonda parad zamanı huşunu itirib. 2016-cı ildə II Yelizaveta 90 illiyini qeyd edib. 11 iyun.

Ətrafda fişənglərin partladığı Yeni il gecəsi avtomobildəsığınacaq tapan çinli ailə. 7 fevral.

"Facebook”un baş direktoru Mark Zükerberq Aksel Şpringer mükafatının təqdimetmə mərasimində virtual reallıq eynəklərini nümayiş etdirərkən. 25 fevral.

Livan zibil içində batsa da, onu Rusiyaya ixrac etməkdən imtina edib. Beyrut, 23 fevral.

ABŞprezidentliyinə namizəd Hillari Klinton və onun əri, sabiq Amerika prezidenti Bill Klinton Mançestrdə restoranda səhər yeməyində. 8 fevral.

Hollivudda Fəxri xiyabanda vandalın hücumundan sonra Donald Trampın ulduzu. 26 oktyabr.









SON XƏBƏRLƏR davamı
2017-01-20
2017-01-19


SORĞU
Topdansatış bazarlarının fəaliyyətini necə qiymətləndirirsiniz?

Çox pis (23.16%)
Pis (26.6%)
Qənaətbəxş (17.73%)
Yaxşı (17.24%)
Əla (15.27%)


TƏQVİM