SON XƏBƏRLƏR
24 Aprel 2018
23 Aprel 2018
Qırmızı vərəqəyə etiraz etdi, 3 oyunluq cəza aldı - FOTO
İDMAN 23:20 / 20.12.2016
İngiltərə Futbol Federasiyası Ceymi Vardini 3 oyunluq cəzalandırıb. 

Unikal.org-un Apasport.az-a istinadən məlumatına görə, buna səbəb oyunçunun "Stok Siti” - "Lester” matçında aldığı qırmızı vərəqədir.

Belə ki, hücumçu həmin görüşün 28-ci dəqiqəsində Mame Diufa qarşı kobudluğa görə oyundan qovulmuşdu.

Maraqlıdı ki, klub rəhbərliyi qərarla bağlı etiraz etsə də, federasiya bu etirazı qəbul etməyib. Əvəzində isə oyunçu Premyer Liqanın "Everton”, "Vest Hem” və "Middlsbro” ilə oyunlarını buraxacaq.