"Atletik" (Bilbao) futbolçusu Arits Adurislə yeni müqavilə imzalayıb.

Unikal.org-un klubun saytına istinadən yaydığı xəbərə görə, 35 yaşlı hücumçu ilə müqavilənin müddəti 2018-ci il iyunun 30-a kimi uzadılıb.

Klub A.Adurisə 40 milyon avro qiymət qoyub.

Qeyd edək ki, 2012-ci ildən "Atletik"də çıxış edən A.Aduris 201 oyunda 108 qol vurub.