Mükəmməl qadın bədəninin 100 illik tarixi - FOTOLAR

22 Dekabr 2016 [13:18]


Zaman ötür, onunla birlikdə gözəllik etalonları da dəyişir. Bu isə o deməkdir ki, hər bir dövr öz qaydalarını diktə edir. Məsələn, 50 il qabaq mövcud olan gözəllik tendensiyaları bu gün artıq aktual deyil. Hətta müasir dövrün gözəllik tendensiyaları ilə əvvəlki illərin tendensiyaları bir-birindən kəskin şəkildə fərqlənir. Bu da qadınların gözəllik naminə ən ağlasığmaz hərəkətləri etməyə hazır olmaları ilə bağlıdır.

Unikal.org gözəllik tendensiyalarının xroniki ardıcıllıqla necə dəyişdiyini təqdim edir:

1910-cu illər

1910-cu illər moda tarixində Qibsonun qızları dövrü kimi yadda qalıb. Bu dövr məşhur illüstrasiyaçı Çarlz Qibsonun şərəfinə adlandırılıb. O öz rəsmlərində qızları "викториан" üslubunun təsiri altında təsvir edirdi. Onun qələmindən beli sıxan korsetlər geyinmiş və qeyri-təbii dərəcədə incə, çiyinləri isə enli görünən obrazlar süzülürdü. Əlbəttə, bu şəkillər özü-özlüyündə çox gözəl idi, amma bu cür korsetlər sağlamlığa zərərli idi. Bütün gün bu cür korsetlərdə gəzmək hər bir qadın üçün əsl iztirab demək idi. Bu səbəbdən, o dövrün qadınlarına həsəd aparmağa dəyməz.


1920-ci illər

1920-ci illər sərbəstlik dövrü adlanır. XX əsrin 10-cu illərində doyunca əzab çəkən qızlar 20-ci illərdə xilas olurlar. Belə ki, qadın siluetində kəskin dəyişikliklər baş vermişdi. Bütün qadın geyimlərində sərbəstlik və rahatlıq hiss olunurdu. Səsvermə hüququnu qazanan qadınlar artıq kişi kostyumları geyinə və öz yeni hüququnu nümayiş etdirə bilərdi. Buna görə də, o vaxt dəbdə olan geyimlər sərbəst biçimi ilə fərqlənirdi. Oğlansayağı bədən quruluşu və kiçik sinə, demək olar, gözəllik etalonu hesab edilirdi.

1930-cu illər

1930-cu illər zərifliyi ilə yadda qalıb. Oğlansayağı bədən quruluşundan sonra zərif bədən ölçüləri dəbə mindi. O, illərdə nərmə-nazik qızlar gözəl hesab olunurdular.


1940-cı illər

1940-cı illər güclü, qüvvətli qadın bədən quruluşu ilə xarakterizə olunur. Şübhəsiz, müharibənin ideal qadın gözəlliyinə də təsiri açıq-aydın hiss olunurdu. Çətin zamanlarda kişinin etibarlı köməkçisi və döyüş yoldaşı olmaq vəzifəsini öz üzərinə götürən qadınlar təbii olaraq daha kobud paltarlar geyinirdi. Məsələn, qadın geyimlərində enli çiyinlər gözə çarpırdı. Güclü qadın silueti yaradaraq böyük populyarlıq qazanan çiyinliklər o dövrün tələbi idi.

1950-cı illər

Zərif formalar 1950-ci illərdə yenidən qayıtdı. Çətin günlərdən sonra 50-ci illərdə mədəniyyətdə yeni şəfəqlər görünməyə başlamışdı. Bu dövrdə gözəl bədən quruluşu hakim idi: qəşəng sinə və zərif bel, cəlbedici ombalar. Maraqlıdır, həmin vaxt qadınlar köklükdən şikayət etmirdi, əksinə cəlbedici bədənə sahib olmaq üçün kökəlməyə can atırdılar. Çünki bu cür bədən quruluşuna sahib olan xanımlar sağlamlıq və var-dövlət simvolu sayılırdı. O dövrün ən yaxşı təmsilçiləri kimi Merilin Monro və Elizabet Teyloru göstərmək olar.


1960-cı illər

60-ci illərdə yeni ideallar yaranmışdı. Seksual inqilab arıq və yöndəmsiz qızların populyar olmasına gətirib çıxarır. Məsələn, model Tviqqi o dövrün əsl kəşfi oldu. O, moda aləmində böyük iz qoyan peşəkar modellərdəndir. Həmin illərdə Tviqqi kimi görünməyə can atan qızlar kütləvi şəkildə ən ağır pəhrizlər saxlamağa, hətta müxtəlif vasitələrlə arıqlamağın yollarını axtarırdılar. Bu səbəbdən, 60 –ci illəri arıqlamaq erası da adlandırmaq olar.

1970-cı illər

1970-ci illərdə çox arıq, düz qarınlı, cəlbedici ombalara sahib olan qızlar populyarlıq qazanmışdı. Dəblə ayaqlaşan qızlar həmin dövrdə də pəhriz saxlayır, cəlbedici ombalara sahib olmaq üçün idmanla məşğul olurdular.

1980-cı illər

1980-ci illərdə idmançı bədəninə sahib olan qızlar diqqət çəkirdi. Bu bədən quruluşu, əsasən, ABŞ-da formalaşmağa başlayıb. 80-cı illərdə sağlam həyat tərzi sürən idmançılar xüsusilə populyar olub. Bütün qadınlar idmançı bədən quruluşuna yiyələnməkdən ötrü trenajor zallarına axışırdılar. 80-ci illərdə uzunayaqlı modellər də gözəllik etalonu hesab olunurdu. Bunun üçün o dövrün bikini geyinmiş qızlarının fotoları yadınıza salmaq kifayətdir.

1990-cı illər

1990-cı illərdə idmançı bədənli qızlardan sonra anoreksiya xəstələrini xatırladan qızlar dəbə daxil olub. Əlləri və ayaqları, belləri çox arıq, qəmgin baxışlı qızlar moda dünyasını əla keçirmişdi. Keyt Moss və Raynonu Rayder kimi modellər o dövrün seks-simvolları idi. Onlar indi də bir çox müasir dizaynerlərin ilham pərisidir.


2000-ci illər

2000-ci illərdə idman mövzusu yenidən gündəmə gəldi. 2000-ci illərdə qadın gözəlliyinin əsas mahiyyəti ondan ibarət idi ki, qadınlar bikinidə mükəmməl görünməli idi. Bu işdə ona idman yardım edirdi. Bu dövrün parlaq nümayəndələrinə "Victorias Secret”-in modellərini nümunə göstərmək olar.


2010-ci illər

2010-cü ildə incəbel və böyük ombalar dəbə mindi. Bunda Cennifer Lopezin xüsusi rolu var. Məsələ ondadır ki, dünyanın əksər kişiləri Cenniferin bədən quruluşuna heyrandır. Belə bədənə sahib olmaq üçün qadınlar həm plastik yollara əl atır, həm də çox ağır məşqlər edirlər.









SON XƏBƏRLƏR davamı
2017-02-23
2017-02-22




SORĞU
Topdansatış bazarlarının fəaliyyətini necə qiymətləndirirsiniz?

Çox pis (23.22%)
Pis (27.49%)
Qənaətbəxş (17.54%)
Yaxşı (17.06%)
Əla (14.69%)


TƏQVİM