21 yaşlı futbolçu xərçəng xəstəliyinə tutuldu

23 Dekabr 2016 [23:05]


La Liqada mübarizə aparan "Atletik” bu gün şok xəbərlə sarsılıb.

Unikal.org-un məlumatına görə, klub prezidenti Xose Urrutia mətbuat konfransında 21 yaşındakı müdafiəçi Yeray Alvarezin xərçəng xəstəliyinə tutulduğunu bildirib.

Həkimlərin diaqnozuna görə, onun testi xərçəngi olduğu, ancaq vəziyyətinin ölümcül olmadığı bildirilib. Alvarez önümüzdəki həftənin çərşənbə axşamı günü əməliyyat olunacaq.

Qeyd edək ki, Baskoniya təmsilçisinin öz yetirməsi olan müdafiəçi bu mövsüm ümumilikdə 17 matça çıxıb və 2 dəfə məhsuldar ötürmə ilə yadda qalıb.











SON XƏBƏRLƏR davamı
2017-10-21
2017-10-20












SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (11.76%)
Xeyir (88.24%)


TƏQVİM