"İlham Əliyev məni kabinetində qəbul edib dedi ki..." - Bayram Səfərovla MÜSAHİBƏ

24 Dekabr 2016 [15:02]


"2017-ci il yanvarın 1-dən bəzi güzəştlərin dayandırılmasına baxmayaraq dövlətimiz sosial vəziyyəti çətin olan məcburi köçkün ailələrinə başqa bir formada yardımlar edəcək”.

Bu sözləri Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov unikal.org-a müsahibəsində bildirib.

-Bu gün Prezident İlham Əliyevin ad günüdür. Bu barədə nə deyə bilərsiz?

-Hesab edirəm ki, cənab prezidentin ad günü bütün ölkəmizin, xalqımızın şad günüdür. Bütün Azərbaycan xalqı möhtərəm prezidentimizi həddindən artıq sevir. Dövlət başçımız hər bir Azərbaycan vətəndaşı üçün istənilən diqqət və qayğını göstərir. Xalqımzın firavan yaşaması üçün əlindən gələn bütün imkanları səfərbər edir. Biz Dağlıq Qarabağ azərbaycanlıları, Şuşa rayon ictimaiyyəti cənab prezidenti təbrik edirik, uğurlar, ailə səadəti, nəvələrinə xoşbəxtlik arzulayırıq. O gün olsun nəvə toyu görsün. Hər zaman bizim prezidentimiz seçilsin.

-Siz icra başçısı təyin olunan zaman yəqin ki, prezidentlə görüşdünüz, tapşırıq və tövsiyyələri oldu...

-Bəli görüşümüz olub. O məni kabinetində qəbul etdi. Mən orada dövlət başçısımızı yenidən tanıdım. Bizi sadə, təmkinli qəbul etdi. Onun hər biri məmura, vəzifə adamına bir tapşırığı var. Mənə də o tapşırığı verdi. Bildirdi ki, camaata kömək et, onlardan muğayət ol, qayğı göstər. Mən də cənab prezidentə dedim ki, göstərilən etimada görə, sizə təşəkkür edirəm, mənə göstərilən inamı çalışacam ki doğruldum. Mən hazırda nəyə imkanım çatırsa Şuşalılara dəstək oluram. Hazırda da üzərimə düşən vəzifəni və öhdəlikləri yerinə yetirirəm.

-O görüşdüən sonra təkbətək görüşünüz olubmu?

-Dağlıq Qarabağın Azərbaycanlı İcmasının binasının açılışında ölkə başçısı gəlmişdi. Buranın tikintisi də, vəsaitin ayrılması da cənab İlham Əliyevin biz qarabağlılara olan köməyi, dəstəyi və qayğısı idi. Açılışda özü şəxsən iştirak etmişdi.

-17 mart 2016-cı ilddə Prezident İlham Əliyev sizi "Şöhrət” ordeni ilə təltif etdi. Ordeni almısınızmı?

-Mənə 65 yaşında ən böyük hədiyyəni cənab prezident verdi və "Şöhrət” ordeni ilə təltif etdi. Mən bunu gözləmirdim. Var olsun prezidentimiz mənə daha bir etimad da göstərdi.

Hələlik ordeni almamışam. Yəqin ki, tədbirlərin birində mənə bu hədiyyə təqdim olunacaq. Var olsun prezidentimiz.

-Bayram müəllim siz iki dövlət təşkilatına rəhbərlik edirsiz. Bu sizə çətinlik yartmırki? Öz işinizdən razısınızmı?

-Dağlıq Qarabağın Azərbaycanlı İcmasının idarə heyyəti 22 nəfərdən ibarətdir. Orada Kamal Abdulla, Fərhad Bədəlbəyli, Vaqif Fərzəliyev kimi akademiklərimiz, millət vəkillərimiz, Xocalı və Xocavəndin icra başçıları burada təmsil olnurlar. Biz birgə çalışırıq. Əhalimizə çətinlikləri olan zaman nə köməklik lazımdır edirik. Bu gün Azərbaycan xalqının yaşayış şəraitinə pis demək olmaz. Başqa ölkələrlə müqayisədə bunu demək günahdır. Azərbaycanda sabitlikdir, asayiş qorunur. Türkiyə kimi dövlətdə görün nələr baş verir?. Azərbaycanda vəziyyətin sakit olması, ölkə prezidentinin verdiyi tapşırıqların vaxtında icrasının nəticəsidir. İstər hüquq mühafizə orqanları, istər başqa sahələrdə olan məmurlar olsun, biz hamımız möhtərəm prezidentin tapşırıqlarını yerinə yetiririk. Mən öz işimdən razıyam.

-Sizin rayonda nə qədər əhali var?

-Son statistikaya görə 33 min əhali var. Hətta bundan bir az da artıqdır.

-Çətin deyil onlarla işləmək?

-Xeyir. Qətiyyən heç bir çətinlik yoxdur. Azərbaycan xalqı qoçaqdır. Bütün məcburi köçkünlər də bu xalqın bir hissəsidir. Bizim əhalinin dolanışıq baxımından inanmıram ki, çətinliyi olsun. Ancaq mənzillə bağlı problemləri var. Bu da aydın məsələdir. Azərbaycan xalqının sayından artım var. Misalçün, mən Şuşadan məcburi köçkün kimi Bakıya gələndə bir ailə idim. Amma indi dörd ailəyik. Balaca oğlum subaydır. O da ayrı yaşasa beş ailə olacağıq. Bir yaşında gələn uşağın indi iyirmi beş yaşı var. Onlar da ailə qurub, artım var. Yəni yaşayış yerləri azlıq edir. Bu da təbiidir. Dünyanın heç bir ölkəsində qaçqınlarla bağlı olan dövlət komitəsi yoxdur. Bu yalnız Azərbaycandadır. Bu Ulu öndərimizin çətin vaxtlarda məcburi köçkünlərə diqqət qayğısından dolayı yaranan bir qurumdur. Bu dövlət komitəsi tərəfindən də ölkə başçısının göstərişləri 95-dən artıq qəsəbə tikilib. Müasir standartlara cavab verən bu qəsəbələrin məktəbi, həkim məntəqəsi, uşaq baxçası, mədəniyyət evi, klub var. Yaşayış üçün lazım olan bütün infrastruktur qurulub. Bunların hamısını birdən etmək çox çətindir. Mən hazırda rəsmən məzuniyyətdə olsamda amma demək olar ki, bütün günü işimdəyəm. Mənim üçün işləmək məzuniyyətdən daha vacibdir. İlin yekunudur. Ona görə, çalışmalıyıq ki, tapşırılan vəzifəni yerinə yetirək.

-Sizin rayon üçün neçə qəsəbə var?

-Ramanada 450 məcburi köçkünün hərəsinə 12 sot torpaq sahəsi ayrılaraq ev tikilmişdi. Sonradan bir neçə hündürmərtəbəli bina tikildi. Məktəb tikildi və Xankəndi orta məktəbi kimi fəaliyyət göstərir. Bir neçə ay bundan əvvəl Yeni Yasamal qəsəbəsində Şuşa şəhər 1 saylı orta məktəbin açılışı oldu. Cənab İlham Əliyev ilk dəfə 2003-cü ildə prezident seçilən zaman dediklərinin hamısını artıqlaması ilə edib. Qalan yeganə problem torpaqlarımızın işğaldan azad olunmasıdır. Nəinki, qarabağlılar bütün Azərbaycan bilir ki, dövlət rəhbərimiz çox cəsarətli addımları ilə, çəkinmədən bütün tribunlardan sözünü deyib. Hər zaman deyib ki, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaq. Biz prezidentimizə inanırıq, etibar edirik, hər zaman onun yanındayıq. Aprel döyüşlərində Azərbaycan öz gücünü göstərdi. Ordumuz işağldakı torpaqları geri almağa qadir olduğunu nümayiş etdirdi. Bir məqamı qeyd etmək istəyirəm. Avropa oyunları zamanı erməni idmançıya medal təqdim edən zaman zalda insanların səsi gurlaşanda İlham Əliyev əlini qaldırmaqla hər kəs sakitləşdi. Bu dövlət başçısına olan sevgidir, inamdır.

-Narazı olan Şuşalı varmı?

-Əlbəttə var. Mən də narazıyam ki, niyə Bakıda yaşayıram. İstəyirəm Şuşada yaşayım. Ağdamı, Laçını, Kəlbəcəri istəyən də çoxdur. Hamısı öz ata-baba yurduna qayıtmaq istəyir. İnsan üçün vətən doğulduğu yerdir. Azərbaycan bizim böyük vətənimizdir. Biz öz doğma torpaqlarımıza qayıtmalıyıq. Bu gün yalnız Azərbaycan prezidentindən razıyam. Heç bir Beynəlxalq qurumdan, qardaş ölkələrin də prezidentlərindən belə razı deyiləm.

-Bayram müəllim Azərbaycanda 2017-ci il yanvarın 1-dən etibarən məcburi köçkünlərə dövlət tərəfindən bir sıra güzəştlər ləğv ediləcək. Buna münasibətinizi bilmək istərdik.

-Bu güzəştlər biz məcburi köçkünlərə təxmini 25 ilə yaxındır ki, verilib. İmkan olub verilib. İndidə bu güzəştlərdən bəziləri ləğv edilirsə biz bunu qəbul etməliyik. Cənab prezident İlham Əliyev hansı qərarı qəbul edirsə biz buna müsbət yanaşmalıyıq. Mən inanmıram ki, İlham Əliyev məcburi köçkünlərin sosial vəziyyətində çətinlik yaranmasına imkan versin. Bu qəti mümkün deyil. 25 ildir biz məcburi köçkünlərə hər diqqət və qayğı göstərilib. Bu dünyanın heç bir yerində müşahidə edilə bilməz. 500 milyonluq Avropa ölkələri 150 min müsəlman qaçqınını yerləşdirə bilmədi. Amma 1 milyondan artıq məcburi köçkün Azərbaycan daxili imkanlar hesabına saxlanılır. Ona görə, biz məcburi köçkünlər prezidentin qəbul etdiyi qərarı xoşluqla qəbul edəcəyik. Çətinlik, asan da olsa buna dözməliyik. Əlbətki bu güzəştlərin dayanması elə ailələr var ki, onlara çətin olacaq. Amma mən güman edirəm ki, dövlətimiz bu ailələri də hansısa bir formada güzəştlər edəcək.

-Sabah Şuşa işğalıdan azad olunarsa, ora qayıdan zaman İcra başçısı olaraq ilk görəcəyiniz iş nə olar?

-Mənim ora icra başçısı kimi getməyim cənab İlham Əliyevin səlahiyyətindədir. Mən də əlimə bel alıb abadlıq, quruculuq işləri ilə gücüm nəyə çatırsa məşğul olaram. Atam və anamın qəbrini ziyarət etmək istəyərəm.

-2016-cı il sona yetir. Şuşa daxil Qarabağ problemi ilə bağlı hələlik bir irliləyiş yoxdur...

-Bütün dünya ictimaiyyəti Qarabağın Azərbbaycanın haqqı olduğunu bilir. Ancaq 92-ci ildə bilmirdi. İlbəil bu inam artır. Aprel döyüşləri bu il baş verib. Dünya ictimiayyəti bilmirdi ki, Azərbaycan əsgəri istədiyi an Ermənistan ordusunu darmadağın edəcək. Bilirlər ki, bu gün Ali Baş Komandan əmr etsə, Azərbaycan Ordusu nəinki, Qarabağı, əzəli torpaqlarımız olan Ermənistanı da azad edər. Ancaq cənab İlham Əliyev bir daha humanistlik göstərdi. Bununla da Azərbaycan xalqının böyük xalq olduğunu bütün dünyaya nümayiş etdirdi.

Amid Əyyuboğlu










SON XƏBƏRLƏR davamı
2017-12-13
2017-12-12










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (8.87%)
Xeyir (91.13%)