"Qarabağ"ın sabiq hücumçusu Samuel Armenteros karyerasını Fransada davam etdirə bilər.

Unikal.org qol.az-a istinadən yaydığı xəbərə görə, 26 yaşlı futbolçuya "Lill" və "Loryan" klublarından ciddi təklif var.

Bildirilir ki, hazırda müqavilə ilə Hollandiya çempionatında yarışan "Herakles"ə məxsus olan Armenterosun təzminat qiymətinin 1 milyon avrodan artıq olmadığı bildirilir. Onun bu qış transfer pəncərəsi dönəmində Fransa klublarından birinə keçə biləcəyi istisna olunmur.

Xatırladaq ki, Samuel Armenteros 2015/16 mövsümündə "Qarabağ"da çıxış edib.