Azərbaycanlı futbolçu: ""Spartak"a hər adamı çağırmırlar"

25 Dekabr 2016 [15:08]


Azərbaycan millisi və "Boavista"nın yarımmüdafiəçisi Emin Mahmudov 2011-ci ildə "Saturan"dan "Spartak"a keçməsi barədə sualı cavablandırıb. 

Unikal.org goal.az-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu bunları deyib:

"18 yaşım vardı, hələ gənc idim. Ola bilər, əvvəl çətin idi. Həm də oynamaq istəyirdim. "Tom"a icarəyə getdim. Bir az səbrli olmaq lazımdı. Bu, karyeramda geriyə addım oldu. Amma özüm günahkaram. Bəlkə də, "Spartak"a tez getmişdim. Bacardığım kimi oynaya bilmədim".

Moskva klubuna keçdiyinə görə peşman olub-olmaması barədə suala isə Mahmudov ""Spartak"a hər adamı çağırmırlar. Orada oynamaq arzusunda olanlar var" deyib.

Qeyd edək ki, gənc yarımmüdafiəçi "Boavista"da qol hesabını açmağı bacarıb. O, "Nacional"ın qapısına qol vurub.









SON XƏBƏRLƏR davamı
2017-04-28
2017-04-27




SORĞU
Topdansatış bazarlarının fəaliyyətini necə qiymətləndirirsiniz?

Çox pis (29.4%)
Pis (25.63%)
Qənaətbəxş (16.39%)
Yaxşı (15.55%)
Əla (13.03%)


TƏQVİM