"Real Madrid"in dominikanlı hücumçusu Mariano Dias bir sıra Avropa klublarının diqqət mərkəzinə düşüb.

Unikal.org goal.az-a istinadən xəbər verir ki, 23 yaşlı forvardı "Eintracht", "Lazio" və "Sevilla" icarə əsasında heyətə cəlb etmək istəyir. Bu mübarizədə favorit Əndəlus klubudur.

Transferə mane ola biləcək əsas səbəb Diasın Çempionlar Liqasında "Sevilla"ya kömək edə bilməyəcəyi faktıdır. Yekun qərarı futbolçunun özü qəbul etməlidir.