"Neftçi"nin yarımmüdafiəçisi Elşən Abdullayev karyerasını "Qarabağ"da davam etdirəcək.

Unikal.org apasport.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ağdam klubunun icraçı direktoru Əmrah Çəlikəl verib.

O bildirib ki, Abdullayevlə münasibətlər artıq rəsmiləşdirilib.

Bununla belə, Çəlikəl Elşənlə imzalanan sözləşmənin detalları barədə məlumat verməyib: "Elşən Abdullayevi heyətimizə qatdıq. O, artıq "Qarabağ"ın futbolçusudu. Bilirsiz ki, Elşənin "Neftçi" ilə müqaviləsinin müddəti bitmişdi. Biz onu azad agent kimi heyətə cəlb etdik. Sözləşmənin detallarını yaxın günlərdə açıqlayacağıq".
Çəlikəl mövsümün sonunda "Qarabağ"la müqavilə müddəti bitəcək futbolçularla hələ danışığa başlamadıqlarını da əlavə edib: "Hazırda bütün oyunçular istirahətdədi. Bu məsələ ilə sonra məşğul olacağıq".