Fermanın çobanını öldürən qadın həbs olunub.

Unikal.org DİN-in saytına istinadən xəbər verir ki, dünən Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisindəki "Muğan qışlaq" otlaq sahəsində yerləşən fermada cinayət hadisəsi baş verib. Belə ki, orada çoban işləyən Yardımlı rayon sakini Nabil Rəhmanovun bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.

Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, hadisəni münaqişə zəminində törədilib. Şübhəli bilinən həmin fermada yaşayan həmyerlisi Dilərə Orucəliyeva tutulub.