"Rəqs edən milyonçu ləqəbi ilə tanınan Canluka Vakki pərəstişkarlarını bu dəfə Santa-Klaus rəqsilə heyrətləndirib. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 49 yaşlı ekssentrik italiyalı-milyarder sevgilisi Corcia Qabriella ilə birlikdə Gürcüstanın məşhur banklarının birinin reklamında çəkilib. Cütlük bu dəfə Santa-Klaus və qar qız obrazında yeni il mahnısının sadaları altında rəqs edib.

Xatırladaq ki, Canluka Vakki instaqramda paylaşdığı rəqs videosu sayəsində məşhurlaşıb.