Real-Madrid klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Avropada ilin ən yaxşı idmançısı seçilib.

Unikal.org xəbər verir ki, Madrid klubunun mətbuat xidmətinin yaydığı xəbərə görə, keçirilən sorğuda Ronaldo bütün rəqiblərini qabaqlamağı bacarıb. Sorğu Avropanın 27 informasiya agentliyinin nümayəndələri tərəfindən aparılıb.

31 yaşlı futbolçu bu il Çempionlar liqasının, UEFA Superkubokunun və milli komandayla Avropa çempionatının qalibi olub.

Bu il o, öz 4-cü Qızıl topunu da qazandı.