Rusiyalı aparıcı Olqa Buzovanın səhnədə ürəyi gedib.

Unikal.org-un xarici KİV-ə istinadən məlumatına görə, bir müddət əvvəl həkimlərin ona xəstəxanada yatmaq və bronxlarından müalicə almaq məsləhətinə qulaq asmayan Olqanın səhhəti get-gedə pisləşib.

O, "Dom-2 layihəsinin Yeni İllə bağlı hazırlanmış konsertində aparıcılıq edərkən özündən gedib. Xoşbəxtlikdən Buzovanın yanında rəqqaslar olduğundan onu tutublar.

Studiyaya dərhal həkim çağırılıb və Olqa özünə gəlib.

Qeyd edək ki, aparıcı "Lokomotiv" futbol klubunun oyunçusu Dmitri Tarasov boşanmağa hazırlaşır. Lakin cütlüyün arasında miras üstündə mübahisələr davam edir. Belə ki, futbolçu var-dövlətini Olqa ilə bölüşmək istəmir.