"Neftçidən ayrılan xorvatiyalı qapıçı Krşevan Santini paytaxt klubu ilə bağlı narazılığını dilə gətirib. "Qafqazinfo xəbər verir ki, ötən yay komandaya gələn və qış "transfer pəncərəsi başa çatmamış heyətdən göndərilən çərçivə qoruyucusu "ağ-qaraları səriştəsizlikdə günahlandırıb.

Unikal.org bildirir ki, "Qafqazinfoya danışan Santini bunları deyib: ""Neftçidə səriştəsiz insanlar çalışır. Mən baş məşqçi Elxan Abdullayevə görə komandanı tərk etdim. Onunla işləmək çətin məsələdir. Mən bunu orda olanda gördüm. Əgər mən yaxşı qapıçı deyildimsə, necə olurdu ki, 12 matç pis oynamadım. Uduzmağımızın səbəbi mən deyildim. Noyabrda yeni qapıçı alındı və bütün oyunları uduzduq. Baş məşqçinin məni komandadan uzaqlaşdırmaq üçün futbol baxımından heç bir səbəbi ola bilməzdi. Onun kiçik futbol biliklərinin qurbanı oldum. Onu istəyi digər insanların arzularından üstün idi.

Xorvat çərçivə qoryucusu komandanın rəhbərliyi ilə söhbət etdiyini də bildiri: "Bu barədə rəhbərliklə söhbət etdik. Onlara hər şeyi başa saldım. Bu fikirlərimi rəhbərliyə də dedim. Amma bunun onlar üçün heç bir əhəmiyyəti olmadı.